26 C
Baku
Saturday, July 13, 2024

Konstitusiya Məhkəməsinin ipoteka qərarı: Bəs həyat sığortası borcu qarşılaya bilərmi?

Azərbaycan Konstitusiya Məhkəməsinin 23 mayda ipoteka krediti ilə bağlı dərc qərar dərc edib və bu qəsasən vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəməli olacaq.

Banker.az xəbər verir ki, qərarda Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığı bildirilir.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri zamanı həyat sığortası mütləq lazım olduğu qeyd edilir. Qeyd edilən sığorta növü həyatı və ya əmək qabiliyyətinizin itirilməsi halında şəxsin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənziliniz müştərinin mülkiyyətində (və ya onun varislərinin mülkiyyətində) qalacaqdır. Müştərinin kredit borcu isə tam ödəniləcək.

Konstitusiya Məhkəməsinin yeni qərarı kimlərə şamil olunur? Həyat sığortası olanların da vərəsələri ipoteka kreditlərini ödəyəcəklər?

Hüquqşunas Əkrəm Həsənov  açıqlamasında Konstitusiya Məhkəməsinin cəmiyyətdə çaşqınlıq yaradan ipoteka krediti qərarına aydınlıq gətirməklə bildirir ki, ipoteka daşınmaz əmlakın girovudur.

“Daşınmaz əmlak ev, torpaq, mənzil və avtomobildir. İpotekanı evini təmir etmək, biznes qurmaq və ya başqa nə isə etmək üçün götürə bilərsən. Bir sözlə hansı səbəblə götürülməsindən asılı olmayaraq, əmlakı bank kreditinə girov qoyursansa, bu, ipotekadır”- deyə, hüquqşünas Azvisona deyir.

Hüquqşünasa görə, ipoteka krediti isə elə bir növdür ki, bunu ev almaq üçün götürürsən və onu da girov qoyursan.

“Burada məqsəd biznes və başqa məqsədlər deyil. Bu krediti Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu verir. Lakin bəzi banklar da öz hesabına belə kreditlər verir. Kredit götürən zaman şəxsin həyat sığortasını bank tələb edə və etməyə bilər. Amma İpoteka və Kredit Zəmanət Fondu bunu hər zaman tələb edir. Çünki onun verdiyi kreditin müddəti uzundur və şəxsin ölmək ehtimalı var. Bu halda sabah həmin şəxs ölərsə, o pulu sığorta şirkəti ödəyəcək, əmlaka dəyilməyəcək və vərəsələrindən də heç nə istənilməyəcək –, Əkrəm Həsənov deyib. Eyni zamanda əlavə edib ki, “həyat sığortası başqa kreditlər üzrə də ola bilər”.

Konstitusiya məhkəməsinin qərarı nə üçündür?

Azərbaycanda banklar tərəfindən verilən başqa kredit növlərində həyat sığortası tələb edilmir. Konstitusiya məhkəməsinin qərarı bu hallar üçündür və bu, yeni deyil.

“Məsələn, mən evimi başqasının krediti üçün girov qoyuram. Həmin şəxs krediti ödəyə bilməyəndə, bank məhkəməyə verir, evi hərraca çıxardıb satdırır və pulunu götürür. Krediti götürən ölərsə, yenə həmin porsudur olacaq. Konstitusiya Məhkəməsi bu kimi hallarda yaranan suala cavab verir.

İkinci məsələ, ölən şəxsin vərəsələri ilə bağlıdır. Vərəsə ölən şəxsin ailə üzvləri deyil, onun əmlakını, mirasını qəbul edəndir. Vərəsə ölən şəxsin borclarına görə qəbul etdiyi əmlak həddində məsuliyyətlidir. Ölən şəxsin 50 min borcu var, qoyduğu evin qiyməti isə 100 min manatdır. Onun 50 min borcunu verəcək. Amma əksinə, ölən şəxsin borcu 100 min, evinin qiyməti 50 mindirsə, bu zaman vərəsə onun 50 minlik hissəsini ödəyəcək. Qalan borc isə itir. Burada qeyri-adi heç nə yoxdur”- deyə, Əkrəm Həsənov deyib.

Sığorta üzrə ekspert İlkin İbrahimov Banker.az-a bildirib ki, Konstitusiya Məhkəməsinin qərarıda ən əsas məsələ dövlət ipoteka kreditlərinə şamil edilmir. Bu, yalnız bankların daxili ipoteka krediti, yəni öz vəsaitləri hesabına verilənlərə aiddir.

“Hansı ki, orada həyuat sığortası məcburi deyil. Məcbur olmayan zaman bir hissəsini sığorta qarşılayır digər hissəsini isə belə bir problem ortaya çıxır: məsələn, 100 000 manatlıq ipoteka krediti götürülüb, 50 000 manata yaxın həyat sığortası edilib. Qalan 50 000 manat isə sığorta olunmayıb. Onu kim verəcək? Onu belə olan halda vərəsə qarşılamalıdır. Vərəsə də qannunvericiliklə müəyyən edilir. Adam rəhmətə gedibsə, onun vərəsəsi müəyyən edilir. Vərəsə də, həm borclara öhdəlik daşıyır, həm də şəxsin gəlirlərinə (əmlak və s.).

Son xəbərlər
Digər xəbərlər