9 C
Baku
Thursday, December 12, 2024

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər