24 C
Baku
Sunday, September 29, 2024

“Konstromat” ASC-nin səhmləri hərraca çıxarılır

8 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Konstromat” ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.

Bu barədə BFB-dən bildirilir.

26 yanvar 2024-cü il tarixində “Konstromat” ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Bildirmək istərdik ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir.

Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Son xəbərlər
Digər xəbərlər