26 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “Konstromat” ASC-nin AZ1001024285 dövlət qeydiyyat nömrəli 196 min manat həcmində, adi, adlı, sənədsiz, səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Banker.az-a BFB-dən bildirilir ki, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 10 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 196 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 196 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İnvestisiya Şirkəti” QSC olub.
Beləliklə, “Konstromat” ASC-nin nizamnamə kapitalı 4 min manatdan 200 min manata yüksəlir.
Xatırladaq ki, buna qədər “Konstromat” ASC-nin səhmlərinin 100%-nin sahibi Əkbərov Rasim Naib oğlu idi.