®”Kontakt” sevindirir missiyasını ilin son günlərində də təqdirəlayiq şəkildə davam etdirib.
Sevindirən şəbəkə ötən il olduğu kimi bu ildə “Qadın və Uşaq sığınacağı”nın azyaşlı sakinlərini bayram ərəfəsində tək qoymayıb. Belə ki, şəbəkə bayrama sayılı günlər qaldığı bir vaxtda uşaqlar üçün təntənəli Yeni il şənliyi təşkil edib.
Tədbirdə müxtəlif animatorlar, şaxta baba, qar qızı personajı, “face art” ustası uşaqlar üçün əsl sehr dünyası yaradaraq onlara unudulmaz bayram sevinci yaşadıblar. Bundan başqa balacalar bayram süfrəsi ətrafında əyləşib maraqlı şou proqramları izləyib, daha sonra birlikdə rəqs edərək doyunca əyləniblər.
Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsinin əməkdaşları xeyriyyə yarmarkasında öz hazırladıqları məhsullardan əldə olunan gəlirlərin tamamını bu şənliyə bağışlayıb.
“Bu gün balacalar ilə birlikdə biz də əyləndik. Körpələrimizi az da olsa sevindirə bilmək bizim üçün böyük xoşbəxtlikdir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirik” – deyə şəbəkənin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kəmalə Məmmədli bildirib.
Sözügedən sevindirən görüntüləri bu videodan izləyə bilərsiniz:
Şəbəkə xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir!