7 C
Baku
Thursday, December 12, 2024

“Kontakt Home” 3 vəzifə üzrə vakansiya elan edir

Kontakt Home

Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

VAKANSİYA 1: Kredit Mütəxəssisi

Tələblər:

•     Cinsi: Kişi
•     Azərbaycan dili səlis, rus dilini bilməsi arzu olunandır
•     Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
•     Ünsiyyətcil, təşəbbüskar
•     Komandada işləmək bacarığı
•     Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
•     Riyazi hesablama aparmaq qabiliyyəti
•     Mükəmməl kommunikasiya qabiliyyəti
•     İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifələr:

• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi
• Kredit müraciətlərinin qəbulu və analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması

İş şəraiti:

– İş vaxtı: həftənin 6 günü
– İstirahet günü:  bir gün
– Əmək haqqı: 600 AZN-dən


VAKANSİYA 2: Hüquqşünas

İş barədə məlumat- Müxtəlif hüquqi sənədlərin hazırlanması
– Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
– Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
– Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
– Müvafiq məlumat bazası yaratmaq
– Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
– Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər
İş şəraiti:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş vaxtı: həftənin 5 günü, istirahet günü: bazar
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş vaxtı: həftənin 5 günü, istirahət günü: şənbə, bazar

Namizədə tələblər- Hüquq ixtisası üzrə ali təhsil
– Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
– Azərbaycan dilini səlis bilməli, Rus dilini bilməsi arzu olunandır
– Mülki, əmək, maliyyə, inzibati, hüquq, vergi qanunvericiliyini bilmək
– Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Əla ünsiyyət qurma və komandada işləmək bacarığı


 VAKANSİYA 3: Məişət texnikasının quraşdırıcısı (Gəncə filialı)

İş barədə məlumat:
  • Elektrotexnikanın nəqliyyat vasitəsinə yüklənməsi;
  • Elektrotexnikanın nəqliyyat vasitəsindən evlərə və ofislərə daşınması;
  • Çatdırıldıqdan sonra avadanlığın quraşdırma xidmətini yerinə yetirilməsi;
  • Quraşdırılan avadanlığa aid ümumi texniki tələbləri bilmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü;
  • Ə\H – 300 AZN.
Namizədə tələblər:
  • Uyğun sahə üzrə 2 il iş təcrübəsi;
  • Elektronikanın əsaslarını bilməlidir;
  • Azərbaycan dilini səlist bilməlidir;
  • Avadanlığın qoşulması qaydalarını bilməlidir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını mövzu yerində vakansiyanin adını yazaraq [email protected] elektron ünvanına göndərmək xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər