7 C
Baku
Thursday, December 12, 2024

“Kontakt Home” 7 vəzifə üzrə vakansiya elan edir – Ə.H: 600-700 AZN

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd edərək CV-nizi və Portfolionuzu [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vacancy 1: Dizayner (3 aylıq)

Tələblər:

• Sənaye və Qrafik dizayn bilikləri;
• Obyektin və maqazanın erqonomik və funksional layihəsini vermə bacarığı;
• Mağaza üçün mebel və vitrin üzrə istehsalat və dizayn bilikləri;
• Mağaza üçün çöl reklamları üzrə istehsalat və dizayn bilikləri;
• Sosial şəbəkələrdə reklam bannerlərinin tərtibati;
• Qrafik proqram bilikləri: Corel Draw, Photoshop, 3dsmax.

Vəzifələr:

• Orijinal-maketlərin və reklam materiallarının hazırlanması;
• Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
• Reklam kampaniyalarının proyektlərinin hazırlanması;
• Qazet və jurnalların hazırlanması;
• Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqlarin hazirlanmasi;
• Vitrinlərin hazırlanmasında iştirak;
• Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
• Şirkətin imicinin və reklam strateqiyasının hazırlanmasında iştirak;
• Marketinq layinhələrinin vizuallaşdırılması;
• Poliqrafik məhsulların hazırlanması.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-VI günlər,  09:00 – 18:00
• Rəqabətqabiliyyətli əmək haqqı


Vacancy 2: Məişət texnikası üzrə Usta

Zəruri tələblər:

• Paltaryuyan və soyuducu təmiri sahəsində təcrübə- 4 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır)
• Kiçik məişət texnikasının təmiri sahəsində təcrübə
• Müştərilərlə ünsiyyət qurmaq bacarığı
• Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq
• Avtomobili olan namizədlərə üstünlük veriləcək

Vəzifələr:

• Bütün növ paltaryuyan və soyuducuların yüksək səviyyədə təmiri və quraşdırılması
• Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, bazar günü – istirahət günüdür
• Əmək haqqı- 700 AZN


Vacancy 3: Telefon Təmiri üzrə Usta

Tələblər:

• Telefon təmiri sahəsində 3 ildən az olmayan iş təcrübəsi
• Diqqətlilik, məsuliyyət, və düzgünlük kimi müsbət göstəricilərə malik olması
• Ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib olması

Vəzifələr:

• Bütün növ mobil telefonların təmiri
• Müştərilərlə ünsiyyət

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahet günləri: şənbə, bazar
• Əmək haqqı: 700 AZN


Vacancy 4: Kredit Mütəxəssisi

Tələblər:

•    Ali təhsil
•    Bank və ya bank olmayan kredit təşkilatında “istehlak kreditləri üzrə mütəxəssis” vəzifəsində iş təcrübəsi- 2 ildən artıq
•    Azərbaycan dili səlis, rus dilini bilməsi arzu olunandır
•    Ünsiyyətcil, təşəbbüskar
•    Komandada işləmək bacarığı
•    Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
•    Riyazi hesablama aparmaq qabiliyyəti
•    Mükəmməl kommunikasiya qabiliyyəti
•    İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifələr:

• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi
• Kredit müraciətlərinin qəbulu və analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması

İş şəraiti:

– İş günləri: həftənin 6 günü
– İstirahət günü:  1 gün
– Əmək haqqı: 600 AZN-dən


Vakansiya 5: Satış Məsləhətçisi

Tələblər:

• Yaş: 18 yaşdan yuxarı
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Satış təcrübəsi arzu olunandır, lakin vacib deyil
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

Vəzifələr:

• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar


Vakansiya 6: Mağaza direktoru

Zəruri tələblər:

  • 3 ildən artıq elektronika və məişət texnikası mağazasına rəhbərlik, və ya 3 ildən artıq istehlak kreditləri sahəsində təcrübə
  • Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi
  • Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır

Şəxsikeyfiyyətlər:

  • Liderlik xüsusiyyətləri
  • Yaranmış problemləri həll etmə bacarığı
  • Nəticə yönümlülük
  • Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı
  • Komandada işləmək bacarığı

Vəzifələr:

  • Satış personalının və kredit bölməsinin idarəedilməsi
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması
  • Assortimentin və satışın analizi
  • Daxili inventarizasiyanın aparılması
  • Alıcılarla iş

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki:6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı- razılaşma yolu ilə

Vakansiya 7: Məişət texnikası üzrə usta

Zəruri tələblər:

  • Orta ixtisas təhsili
  • Paltaryuyan və soyuducu təmiri sahəsində təcrübə- 4 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır)
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  • Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq
  • Avtomobili olan namizədlərə üstünlük veriləcək

Vəzifələr:

  • Bütün növ paltaryuyan və soyuducuların yüksək səviyyədə təmiri və quraşdırılması
  • Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü, bazar günü – istirahət günüdür
  • Əmək haqqı- 700 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində vakansiyanın adını yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər

Son xəbərlər
Digər xəbərlər