19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Kontakt Home” Instagram-da ən populyar riteyl şəbəkəsi oldu – YARIM MİLYON İZLƏYİCİ

Screen Shot 2021 09 02 at 14.34.20

®Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home”-un Instagram platformasında izləyici sayı yarım milyonu keçib. Bununla “Kontakt Home” yerli riteyl şəbəkələri arasında yarım milyon göstəricisinə çatmış ilk brend olub.

Brend bu münasibətlə səhifəsində ““Kontakt Home”u hansı səbəbdən izləyirsiniz” sorğusu keçirib. Minlərlə izləyicinin qatıldığı sorğuda əksəriyyət:

  • Texnoloji yeniliklərdən xəbərdar olmaq;
  • Məhsullar haqda geniş video-icmalları izləmək;
  • Kampaniya və endirimlərdən xəbərdar olmaq;
  • Əyləncəli və maraqlı reklam çarxlarını izləmək cavablarını verib. 

Bununla demək olar ki, sevindirən şəbəkə sosial şəbəkələrdə təkcə sərfəli məhsul təklifləri ilə deyil, həm də maraqlı kontentiylə də izləyicilərin diqqətini cəlb edə bilib. 

Yeri gəlmişkən, “Kontakt Home” yarım milyon izləyicisini sevindirməkdə davam edir. Belə ki, şəbəkə rəsmi Instagram səhifəsində “Yarım milyona özəl” hədiyyəli müsabiqə elan edib. Hədiyyə fondu 3000 manat təşkil edir. Müsabiqə şərtləri ilə yaxından tanış olub iştirak etmək üçün Kontakt Home-un Instagram səhifəsinə keçə bilərsiniz.

Qeyd edək ki, “Kontakt Home” hazırda Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H  Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, Apple brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 29 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz

Hər zaman olduğu kimi, Kontakt Home – Sevindirir!

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər