“Kontakt Home” mağazalar şəbəkəsini idarə edən “ABC-Telecom” MMC-yə qarşı HOFFMANN əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib.
Banker.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkətlə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə yenidən baxılması yekunlaşıb.
İşə Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə yenidən baxılıb.
Yekunda “ABC-Telecom”a yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu hallara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib. Bununla yanaşı, şirkətə maliyyə sanksiyası ilə üzləşib.







