-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Kontakt Home”dan güzəşt: Aprel ödənişləri üzrə gecikmə hesablanmayacaq

“Kontakt Home”da müştərilərinə güzəşt tətbiq edən mağazalar şəbəkəsinin sırasına qoşuldu.

Banker.az-a daxil olan məlumata görə, “Kontakt Home” virus təhlükəsinin geniş hal aldığı bir vaxtda güzəşt proqramını hər kəs üçün açıq etdi. Artıq hamı üçün aprel ödənişləri üzrə gecikmə hesablanmayacaq.

Xatırladaq ki, “Kontakt Home” “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin mart ayı üzrə ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq ertələmişdir.

Onu da qeyd edək ki, “Kontakt Home”un hazırda Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla toplamda 25 mağazası fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər