Maliyyə Bazarlarına Nəzarət Palatası elektron mallar satışı ilə ixtisaslaşan “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi “ABC Telecom” MMC-ni cərimələyib, bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, şirkətin cərimə olunmasına səbəb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdədir. Şirkət bu maddə ilə təqsirli bilnməsinə dair 1300 manat məbləğində cərimə edilib.
Şirkət bu qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edib.
Yasamal Rayon Məhkəməsində verilən qərara Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.