®Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” “Kapital Bank” tərəfindən 2021-ci ildə “BirKart” üzrə ən çox taksit dövriyyəsi etmiş partnyoru seçilib. Şəbəkə bu mükafatı ikinci ildir ki, ard-arda qazanır. İlin yekunlarına həsr olunmuş mükafatlandırılma mərasimində “Kontakt” ümumilikdə “BirKart”ın 4 nominasiyası üzrə yüksək pillələrə layiq görülüb.
“Kontakt” hər zaman “BirKart” istifadəçiləri üçün xüsusi imkanlar yaradır. “Yeni İl” kampaniyası çərçivəsində yanvarın 16-dək “BirKart”lılar bütün “Kontakt Home” mağazalarında hər növ məhsulu 50%-dək endirimli ala və ödənişi 24 aylıq bərabər hissələrə bölə bilər. Üstəlik “Şeş-Qoşa” kampaniyasında iştirak edərək aldıqları məhsul üzrə ödənişi 100% geri qaytara bilər.
Hal-hazırda sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Məhsul və xidmətlər barədə ətraflı məlumat almaq üçün kontakt.az saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Həmçinin, sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən etməyiniz mümkündür.