14 C
Baku
Saturday, November 23, 2024

“Kontakt” şəhid ailələri üçün 100% təqaüdlü təhsil imkanı yaradır

®“Kontakt” mağazalar şəbəkəsi “Qarabağ Proqramı” çərçivəsində şəhid ailələrinə ödənişsiz təhsil verməyə başlayır. Bu təhsil proqramı sayəsində şəhid ailəsi üzvləri ən müasir ixtisaslar üzrə tam təqaüdlə təhsil almaq imkanı əldə edirlər.

Belə ki, “Div Academy”nin təşkilatçısı olduğu “Gələcəyi Yazanlar” təhsil proqramında “Kontakt” tam 20 nəfər şəhid ailəsi üzvünün bütün təhsil xərclərini qarşılayacaq. Bu möhtəşəm imkan nəticəsində proqrama müraciət edən şəhid övladları, bacıları, qardaşları yaşından asılı olmayaraq 100% təqaüdlə təhsil alacaq.

Adıçəkilən təqaüd proqramında müasir dövrün ən tələb olunan 4 sahəsi – Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunacaq. Seçilmiş ixtisasdan asılı olaraq ortalama 6 aylıq müddəti əhatə edən dərslər ixtisaslaşmış mütəxəssislər tərəfindən keçiriləcək.

Proqramla maraqlanan qəhrəman şəhidlərimizin ailə üzvləri iyun ayının 30-dək bu keçiddən istifadə edərək qeydiyyatı tamamlaya bilərlər.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” adı altında müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə 1,5 milyon manatdan artıq vəsait cəlb olunub.

Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. “Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.

“Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər