10 C
Baku
Thursday, December 12, 2024

“Kontakt” səyyar xidmətlə olduğunuz bölgəyə gəlir

®“Kontakt” mağazalar şəbəkəsi artıq sevinc qapılarını siz istədiyiniz bölgədə üzünüzə açacaq. Belə ki, şəbəkə səyyar “Kontakt” ilə Azərbaycanı qarış-qarış gəzib ölkənin istənilən bölgəsində müştərilər üçün əlçatan olmağı planlayır.

Şəbəkənin sevindirən ilk dayanacağı isə İmişli rayonu olub. İmişli sakinləri özlərinə və evlərinə lazım olan hər şeyi elə yerindəcə həm nağd, həm də hissəli şərtlərlə əldə edə biliblər.

İndi isə növbə sizdədir. Sevindirən ünvanın harda olmasını özünüz seçin. Bunun üçün şəbəkənin aşağıdakı paylaşımında rəylərinizi bölüşməyiniz kifayət edir:

https://www.instagram.com/p/C2ohQPQpmk1/ 

Xatırladaq ki, ötən ilin sonu şəbəkə Qarabağa çatdırılma etməklə ölkənin işğaldan azad olmuş bölgələrinə çatdırılma həyata keçirən ilk elektronika mağazalar şəbəkəsi olmuşdu. Sözügedən xidmət hazırda da qüvvədədir və Qarabağın Laçın, Zəngilan, Qubadlı həmçinin Cəbrayıl rayonlarını əhatə edir. 

Onu da qeyd edək ki, “Kontakt” hazırda “Samsung”, LG, “Bosch”, “Tefal”, “Huawei”, “Sony”, “Panasonic”, “Delonghi Group”, “Electrolux”, “Thomas”, “Beurer”, “Bang & Olufsen”, “Karcher”, “Beko”, “H Gala”, “Cassore”, “Schafer”, TAÇ, “Simge mobilya” kimi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; “Scafer”, “Oppo”, “Toshiba”, “Intel”, “Black&Decker”, “Hoffmann”, “Blackview”, “Kieslect”, “Etias”, “Viper”, “Dark Project”, “Blizzard”, SBS, “Energy Sistem”, “Defunc” və “Urbanista” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; “Apple” brendinin isə rəsmi satış mərkəzidir.

Son xəbərlər
Digər xəbərlər