10 C
Baku
Thursday, December 12, 2024

“Kontakt” ucqar dağ kəndlərində yaşayan uşaqları məktəb ləvazimatları ilə sevindirəcək

®Ad günlərində hərə özünə aid arzu tutub, öz arzularının reallaşmasını istəyər. Hamıya bərabər təhsil imkanları arzu edən “Kontakt” isə builki ad günü şamını özünün yox, ucqar dağ kəndlərində yaşayan məktəbli dostlarının adına üfürüb və onların arzusunu gerçəkləşdirmək qərarına gəlib.  

Bu arzunu gerçəkləşdirmək üçün şəbəkə avqustun 31-dək satışlardan əldə olunan gəlirlərlə ucqar dağ kəndlərindən olan məktəbliləri müxtəlif məktəb ləvazimatları təmin edəcək. 

Yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən təqdirəlayiq xeyriyyə aksiyasına qoşulmaq üçün siz də “Kontakt” mağazalarına gəlib alış-veriş etməklə daha çox məktəblinin sevincində pay sahibi ola bilərsiniz. Qeyd edək ki, layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir. 

“Kontakt-Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.

Son xəbərlər
Digər xəbərlər