2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Kontakt” Yeni İli “Qadın və Uşaq Sığınacağı”nda yaşayan uşaqlarla birlikdə keçirdi – FOTOLAR

Artıq hər kəs tərəfindən “sevindirir” şüarı ilə tanınan “Kontakt” Yeni İl ərəfəsində “Qadın və uşaq sığınacağı”nın balaca sakinləri üçün əyləncəli bayram tədbiri təşkil edib.

Foto 1 Əyləncəli tədbirdə “Kontakt” əməkdaşları balacalar ilə birlikdə bayram süfrəsi ətrafında toplaşıb, rəngarəng oyunlar və müsabiqələrdə iştirak ediblər. Eyni zamanda müxtəlif cizgi film qəhrəmanları və animatorlar tədbirin axarına xüsusi maraq qatıblar.

Foto 2“Bugünkü tədbirdə balacalarla yanaşı biz də həm əyləndik, həm də xoş vaxt keçirdik. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, bu günümüz, ən önəmlisi isə sabahımızdır.” – deyə “Kontakt”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova tədbir barədə fikirlərini bölüşərkən bildirib.
Əsl bayram ovqatının hiss olunduğu tədbir uşaqların Yeni il arzularını məktublara yazaraq “Kontakt”a ünvanlaması ilə başa çatıb.

Foto 3Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər