29 C
Baku
Tuesday, July 23, 2024

“Kontakt” yenilənmiş Gəncə mağazası ilə bölgə sakinlərini sevindirdi – AÇILIŞA ÖZƏL ENDİRİMLƏR

Hər kəsi yeniliklərlə sevindirən “Kontakt” yaxın günlərdə ölkə xaricində ilk mağazasını açmaqla bərabər, ölkə daxilində də müştəriləri diqqət mərkəzində saxlayır. 


Belə ki, artıq 7 ilə yaxındır müştərilərinə canla-başla xidmət göstərən “Kontakt”ın Gəncə mağazası, bayram ərəfəsində tamamilə yenilənmiş konseptdə qapılarını ziyarətçilərin üzünə açıb. Əyləncəli, bol hədiyyəli, təntənəli açılış mərasimində ziyarətçilər 50%-dək endirimlərdən, hissəli alışda isə 18 ayadək faizsiz, komissiyasız, ilkin ödənişsiz əla fürsətlərdən yararlana biliblər.

Foto 1 1 1

Gəncənin məşhur Bayraq Meydanında yerləşən 890 m2 əraziyə malik, isti ortamlı mağazanın 1-ci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal, kiçik məişətnəqliyyat texnikasının, 2-ci mərtəbəsində isə böyük məişət əşyalarının geniş çeşidi zövqlə sərgilənib.

Foto 2 1 1

Yenilənmə münasibətilə mağazada xüsusi kampaniya da keçərlidir. Belə ki, yanvarın 16-dək mağazaya gəlib bəyəndiyiniz hər növ məhsulu 50%-dək endirimlə həm nağd, həm “6 dəfəyə ödə” həm də taksit kartları ilə alıb, sevilən “Şeş-Qoşa” kampaniyasında iştirak edə və Yeni İl hədiyyənizi özünüz qazana bilərsiniz. 

Foto 3 1 1

Nağd, “6 dəfəyə ödə” və taksit kartları ilə:

Xiaomi Redmi 10 smartfonu 530 yox, cəmi 479 manata alıb, 50 meqapiksellik kamera ilə həyatınızın yadda qalan anlarını xoş xatirəyə çevirə bilərsiniz;

-1400 Vt-lıq Hoffmann ətçəkəni mətbəxdə əvəzedilməz köməkçiniz olacaq. Qiymət 120 əvəzinə, 89 manat;

Kredit alıcıları üçün isə ən sərfəli imkanlar yaradılıb. Beləliklə;

  • Bütün smartfonları, planşetləri və notbukları 12 ay;
  • Kiçik və böyük məişət əşyalarını isə 18 ay faizsiz, ilkin ödənişsiz, həmçinin komissiyasız ala bilərsiniz.

Maraqlı təkliflərə birlikdə nəzər salaq:

  • “A+++” enerji qənaət sinfinə aid, 6 kq-lıq Electrolux paltaryuyanı paltarlarınızın ilk günki keyfiyyətini qoruyacaq, həm də aylıq elektrik xərclərinizi azaldacaq. Ayda cəmi 42 manat;
  • Yüksək məhsuldarlığa və sürətə sahib HP notbuku həm tələbələrin, həm də iş adamlarının dostuna çevriləcək. Ayda cəmi 89 manat;
  • 127 sm-lik smart Toshiba televizorunu isə ayda 86 manata alıb, nazik çərçivələrdən maksimal görüntü əldə edəcəksiniz.

Bütün təkliflərdən yararlanmaq üçün “Kontakt”ın Gəncə şəhəri, Bayraq meydanı mağazasına tələsin! “Kontakt” hər kəsi qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edir.  

Xatırladaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər