9 C
Baku
Thursday, December 12, 2024

“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib

®Ölkənin qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt” “Zəfər Günü” ərəfəsində Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüşüb. “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən görüşdə “Kontakt” şəbəkəsinin Marketinq Departamentinin rəhbəri Məmmədəli Vəliyev, Retail Marketinq şöbəsinin rəhbəri Coşqun Zeynalov, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, klubun Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov və Telman Salahov iştirak edib.                 

30-dan çox şəhid övladının qatıldığı tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb, daha sonra müxtəlif çıxışlar və musiqili proqramla davam edib.

Foto 2 scaled                          

“Şəhid övladları bizim əmanətimizdirlər. Onların yanında olmaq, qayğısına qalmaq hər birimizin vicdan borcudur. Allahdan bütün şəhadət məqamına ucalan qəhrəman nəfərlərimizə rəhmət diləyirik” deyə “Kontakt”ın rəsmisi bildirib.

Foto 3 scaled

Sonda balacalara “Kontakt” mağazalar şəbəkəsi və “Sumqayıt” Futbol Klubu adından xüsusi hədiyyələr təqdim olunub.

Foto 4 scaled

Qeyd edək ki, “Kontakt” Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz parçası olan “Qarabağ Proqramı” çərçivəsində mütəmadi olaraq vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər