17 C
Baku
Şənbə, May 28, 2022

“Kontakt” Zaqatalanın ən böyük elektronika və mebel mağazasını açdı-FOTOLAR

®“Kontakt” bu dəfə sevincini Azərbaycanın şimal qərbinə-Zaqatalaya daşıyıb. Yaxın günlərdə Zaqatalanın ən böyük elektronika və mebel mağazasının rəsmi açılışını edən “Kontakt”, Novruz bayramı ərəfəsində açılış iştirakçılarına sözün əsl mənasında bayram ovqatını yaşadıb. 

IMG 4205

Musiqi, əyləncə, hədiyyəli oyunlar

Musiqi qrupu, DJ, animatorlar və face-art ustaları balacaları doyunca əyləndirib, bir-birindən maraqlı müsabiqələr isə böyüklərin dəyərli hədiyyələr qazanaraq ürəkdən sevinməsinə səbəb olub. Eyni zamanda Novruz personajları olan Keçəl və Kosanın iştirakı da tədbirin axarına məxsusi rəng qatıb. 

IMG 4193

Artıq zaqatalalılar da ev üçün axtardığı hər şeyi bir ünvanda tapacaq

Qeyd edək ki, 2000m2-lik geniş sahəyə malik olan loft dizaynlı mağazanın 1-ci mərtəbəsində dünyanın öndə gələn brendlərinə məxsus rəqəmsal, kiçik və böyük məişət əşyalarının, həmçinin nəqliyyat vasitələrinin, 2-ci mərtəbəsində isə tekstil və mebel məhsullarının zəngin çeşidi zövqlə sərgilənir. Bir sözlə bu mağazadan heç kim əli boş qayıtmayacaq. 

IMG 3747

Açılışa özəl endirimlər, sərfəli kredit şərtləri

Siz də martın 18-dək sözügedən mağazanın qonağı olub 30.000 çeşiddə geniş məhsul seçimini nəzərdən keçirə, ürəyinizə yatan istənilən əşyanı nağd alışda 50%-dək endirimlə, hissəli alışda isə smartfonları 12 ay ilkin ödənişsiz, faizsiz, TV və ev tekstilini 18 ay, mebelləri isə 24 aylıq  ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərlə əldə edə bilərsiniz. Gülərüz və işinin peşəkarı mağaza əməkdaşları məhsullar ilə bağlı bütün suallarınızı cavablayacaq və düzgün seçim etməyinizə yardımçı olacaqlar. 

IMG 3703

Gəlin maraqlı açılış təkliflərinin bir qisminə birlikdə nəzər salaq. Beləliklə nağd alışda:

• 128 GB yaddaşlı Samsung Galaxy A52 smartfonunu 720 yox, cəmi 649 manata;

 

Kredit alıcıları üçün:

 

Üstəlik “Kontakt” hamının rahatlığını düşünərək Qax və Balakən bölgəsindən Zaqatalaya pulsuz marşrut xətti təşkil edib. Marşrutun bütün dayanacaqları ilə buradan tanış ola bilərsiniz.

Odur ki, “Kontakt” sevincini bölüşmək üçün bütün bölgə sakinlərini Zaqatala mağazasında gözləyir. Ünvan: Zaqatala Mall, Araz marketin yanı.

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Son xəbərlər
Oxşar xəbərlər