9 C
Baku
Thursday, December 12, 2024

“Kontakt”da “Endirimlə al, taksitlə ödə” kampaniyası başladı – 18 AY FAİZSİZ ŞƏRTLƏR

®Taksit kart sahiblərinin ürəyindən xəbər verəcək kampaniya “Kontakt”dan gəldi. Belə ki, şəbəkə bu gündən bütün mağazalarında “Endirimlə al, taksitlə ödə” kampaniyasına start verib. 

Əgər siz BirBank, Bolkart, Tamkart, Leo kart və ya Ucard sahibisinizsə, onda oktyabrın 29-dək endirimli fürsətlərdən yararlanmağa tələsin. Çünki cəmi 4 gün ərzində istədiyiniz məhsulları nağd alışda 50%-dək endirimlə alıb, endirimli qiyməti taksit kartı ilə 18 ay faizsiz hissələrə bölə biləcəksiniz. Kampaniya həm də kontakt.az onlayn mağazasında keçərlidir. 

İndi isə gəlin çox sərfəli kampaniya təkliflərindən söz açaq. Belə ki:

  • Endirimli qiyməti 480 manat olan 128 GB yaddaşlı Oppo A58 smartfonunu 18 ay faizsiz, ayda cəmi 26 manat, 70 qəpiyə;
  • Endirimli qiyməti 140 manat olan Hoffmann ətçəkənini 18 ay faizsiz, ayda cəmi 7 manat, 78 qəpiyə;
  • Endirimli qiyməti 540 manat olan quru və nəm təmizləmə növünə uyğun Dreame F9 PRO robot tozsoranını 18 ay faizsiz, ayda 30 manata;
  • Endirimli qiyməti 300 manat olan 81 sm ekranlı, smart Toshiba televizorunu 18 ay faizsiz, ayda 16 manat, 70 qəpiyə;
  • Endirimli qiyməti 450 manat olan Hoffmann paltaryuyanını isə, 18 ay faizsiz, ayda cəmi 25 manata ala bilərsiniz.

Belə taksit imkanları hər zaman ələ düşməz. Odur ki, oktyabrın 29-dək taksit kartınızla birgə şəbəkənin sizə yaxın mağazasına gəlməyi unutmayın! 

Son xəbərlər
Digər xəbərlər