20 C
Baku
Saturday, May 25, 2024

“Kontakt”da ilin ən böyük endirimləri başlayır – Böyük Cümə

®“Kontakt” ilin ən böyük endirimlərini “Böyük Cümə” kampaniyası ilə ayağınıza gətirir. Məhz sabahdan noyabrın 27-dək şəbəkənin bütün mağazalarında, eləcə də kontakt.az saytında xəyallarınızda olan minlərlə məhsula nağd alışda nə az, nə çox düz 70%-dək şok endirimlərlə sahib ola bilərsiniz. 

70%-dək endirimlərdən hissəvi alış etmək istəyən müştərilər də yararlana biləcək. Belə ki, bu dəfə də “Kontakt” endirimli nağd qiymətləri yerindəcə düz 3 aya bölmək imkanını yaradır. Bundan başqa, taksit kart sahibləri də endirimli qiyməti 24 ayadək faizsiz hissələrə bölə biləcək.

Beləliklə gəlin ilin ən böyük endirimlərinin bəziləri ilə tanış olaq:

  • Rowenta ütü feni – 67% endirimdə: 230 °C qədər isinə bilən, Rowenta ütü feni ilə həm ipək kimi düz saçlar, həm də həcmli buruqlar artıq daha əlçatandır. Qiyməti 90 manatdan, 29 manata düşən bu fenin keratin-turmalin materialı sayəsində saçlarınız zədələnmədən göz qamaşdırıcı parlaqlığa qovuşacaq.
  • Samsung paltaryuyanı –360 manat endirimlə: Evə yeni paltaryuyan lazımdır? Elə isə gözünüzü qırpmadan “Samsung”a etibar edin. Brendin 8 kq tutumlu, invertor motorlu, 21 proqramlı paltaryuyanı funksionallığı ilə həyatınızı asanlaşdıracaq, qiyməti ilə isə cibinizi sevindirəcək. Kampaniya günlərində 960 yox, endirimlə cəmi 600 manata olacaq. Bu fürsəti əldən verməyin deyirik.
  • Panasonic ütüsü –25 manata: Nağd alışda 60 yox, cəmi 25 manata təqdim olunan 1500 Vt-lıq buxarlı Panasonic ütüsü buxarın paltarlara dərindən nüfuz etməsini təmin edərək, ən inadkar qırışların öhdəsindən belə məharətlə gələcək. Şaquli buxar funksiyası isə paltarları asılqandan çıxarmadan belə səliqəyə salmağınıza imkan verəcək.
  • 200 manata smartfon: Demək olar hər büdcəyə xitab edən Blackview smartfonu kampaniya ərzində 280 yox, cəmi 200 manata olub, özündə 3 GB operativ, 32 GB daxili yaddaş, 5380 mAh batareya tutumu, 6,5” –lük geniş ekran və Android 11 əməliyyat sistemi versiyasını birləşdirir.
  • Smart funksiyalı televizor – 269 manata: 32″ (81 sm) ekran ölçüsü olan Hoffmann televizoru smart funksiyaya malikdir. Model münasib qiyməti ilə seçilir və müştərilər tərəfindən sevilərək alınır. Kampaniya günlərində sözügedən Hoffmann televizorunu daha ucuz qiymətə – 520 yox, sadəcə 269 manata ala bilərsiniz.
  • Bazalı divan 299 manata:  “Evə lazımdır” deyib amma almağa ürək etmirdiniz? Ürəkli olun, çünki 3 yerlik Opera divanını 456 yox, sadəcə 299 manat ödəməklə alıb evinizin rahatlığını təmin edə bilərsiniz. 

Odur ki, evinizə lazım olan hər şeyə ilin ən sevindirən qiymətləri ilə sahib ola bilmək üçün şəbəkənin yaxınlıqda yerləşən mağazalarına üz tutun! 

Son xəbərlər
 ⁠
Digər xəbərlər