-3 C
Baku
Sunday, December 15, 2024

“Kontakt”ın “Beynəlxalq Yer Günü”nə həsr etdiyi aksiyada 2 ton zibil toplanılıb – Video

®“Kontakt” mağazalar şəbəkəsi “Beynəlxalq Yer Günü” münasibətilə “Sahilləri təmizlə” adlı ekoloji layihə həyata keçirib. Layihədə şəbəkənin öz əməkdaşları da daxili olmaqla ümumilikdə 100-dən çox insan iştirak edib. Beləliklə Xəzər dənizinin Sumqayıt sahilində cəmi 1 saat ərzində 2 tondan çox plastik, metal, şüşə, taxta qırıqları və təbiət üçün zərərli olan polietilen paketlər toplanılıb. 

Foto 1

Böyük maraqla qarşılanan aksiyada ən çox tullantı toplayan Mirəziz Ağamirliyə “Kontakt” mağazalar şəbəkəsi tərəfindən iPhone 14 smarfonu hədiyyə olunub. Bundan başqa şəbəkə aksiya iştirakçıları arasında əyləncəli müsabiqələr təşkil edib və yarışmaçılar hədiyyə kartları qazanıblar. O cümlədən layihəyə qatılan hər bir kəsə 10%-lik endirim kuponları təqdim olunub. 

Foto 2

Bir sözlə aksiya iştirakçıları musiqi sədaları altında həm əylənib, həm dəyərli hədiyyələr qazanıb ən əsası da sahilyanı ərazini tullantılardan təmizləyiblər.

“Kontakt” rəsmisi layihə haqda fikirlərini bölüşərkən bildirib ki: Ekoloji fəaliyyət şirkət olaraq bizim KSM siyasətimizin başlıca istiqamətlərindəndir. Dəniz kənarında baş tutan aksiya da onlardan biridir. Burada iştirakçılarla birgə xoş və təbiət üçün olduqca faydalı vaxt keçirdik.

Foto 3

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi hər zaman sosial məsuliyyətini dərk edərək ekoloji yöndə davamlı layihələr həyata keçirir. Məhz bu məqsədlə şəbəkə 100% pambıq tərkibli və ekoloji zərərsiz boyalardan hazırlanmış eko çantaların satışını həyata keçirir.  

Qeyd edək ki, sözügedən aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

“Kontakt” hər kəsi təbiəti tullantılardan qorumağa, planetə nəfəs verməyə dəvət edir!

İndi isə aksiyadan maraqlı görüntüləri diqqətinizə çatdırırıq:

Son xəbərlər
Digər xəbərlər