9 C
Baku
Sunday, November 17, 2024

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 310 778 manat uduldu – NÖVBƏTİ ELEKTROMOBİL SAHİBİNİ GÖZLƏYİR

®“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası qazandırdığı böyük uduşlarla ailələrə sevinc daşımağa davam edir. 

Şəbəkənin mağazalarına üz tutan minlərlə müştəri sözügedən kampaniyada iştirak edərək aldıqları məhsulun 5%, 25%, 100%-dək dəyərini geri qazana biliblər. Kampaniyanın superprizi “Volkswagen ID.4” elektromobili isə qısa zamanda ilk sahibini tapıb. Belə ki, Qəbələ rayonundan olan Gülarə Cəlalova öncəki həftələrdə baş tutan finalda, sadəcə, “şeş-qoşa” atmaqla elektromobil qazanıb.

Ümumi olaraq kampaniya çərçivəsində isə 310 778 manatlıq uduş əldə olunub.

Qeyd edək ki, ötən şənbə daha üç nəfər kampaniya iştirakçısı həftənin finalına qədər yüksəlib. Onlar “Volkswagen ID.4” uğrunda son dəfə zər atıblar. Finalçılar 4/1, 5/2 və 5/3 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “şeş-qoşa” (6/6) ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər.

Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, kampaniya bitmədən istənilən “Kontakt” mağazasına yaxınlaşın, nağd, “üç dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-qoşa” stendində bəxtinizi sınayıb:

“Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;

Ən əsası isə “şeş-qoşa” ataraq, “Volkswagen ID.4” elektromobilini pulsuz aparın!

Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.

Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər