9 C
Baku
Friday, December 13, 2024

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında birinci elektromobil uduldu

®“Kontakt” mağazalar şəbəkəsinin ən sevilən, ən sevindirən və on minləri qazandıran “Şeş-Qoşa” kampaniyasında nəhayət elektromobil ilk sahibini tapıb. 

Belə ki, “Kontakt” ın Qəbələ mağazasına soyuducu almaq üçün gələn Gülarə Cəlalova məhsul dəyərinin 100%-i geri alıb, üstəlik həftənin finalında “Şeş-qoşa” ataraq builki kampaniyada ilk elektromobilin sahibi olub. 

Hal-hazırda heç yerdə işləmədiyini bildirən şanslı qalib, uduşun onun üçün gözlənilməz olduğunu bildirərək sevinc emosiyalarını gizlədə bilməyib. 

““Kontakt”ın daimi müştərisiyəm. Əvvəl də ordan qabyuyan, ütü, tava filan almışam. Bu dəfə qızıma cehiz üçün soyuducu alırdım. Əllərimi açıb dua etdim və 3 dəfə şeş (altı), finalda isə şeş-qoşa atdım. Ağlıma gəlməzdi ki, avtomobil qazanaram. Dualarım eşidildi. Ailəlikcə çox sevindik. Elə maşını da ailəvi olaraq istifadə edəcəyik.”

Qeyd edək ki, Gülarə xanımdan başqa 4 nəfər finalda bəxtini sınayıb, qalib olmağa çox yaxın olsalar da zərlər Gülarə xanımın üzünə gülüb. Digər iştirakçılar isə məbləğin 100%-i geri almaqla kifayətləniblər.

İyunun 1-i başlayan kampaniyada artıq minlərlə insan iştirak edərək ümumilikdə 190 793 manatlıq uduş əldə edib. Əgər siz də adınızı bəxtəvərlərin siyahısına yazdırmaq istəyirsinizsə, şəbəkənin istənilən mağazasına yaxınlaşıb həm sərfəli imkanlardan yararlana, həm də kampaniyada iştirak haqqı qazana bilərsiniz. Belə ki, siz də şeş atıb:

  • Aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
  • Ən əsası isə, şeş-qoşa ataraq, Volkswagen ID.4 elektromobilini pulsuz aparın!

Onu da qeyd edək ki, kampaniyada iştirak – nağd, 3 dəfəyə ödə və kredit alışlarına şamil olunub. Ətraflı məlumat üçün bu keçidə daxil ola, yaxınlıqdakı mağazanı isə buradan müəyyən edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər