23 C
Baku
Wednesday, October 8, 2025

Könüllü aqrar sığortanın həcmi ilk səkkiz ayda 16 mln. manata yüksəlib

Azərbaycanda aqrar üzrə könüllü sığorta bazarında 2025-ci ilin yanvar–avqust dövrü 2024-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə canlanma ilə müşahidə olunur. Bu seqmentdə həm heyvanların, həm də bitkilərin sığortası üzrə yığımlar artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  2024-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə haqlar 1,39 mln manat, ödənişlər isə 0,87 mln manat təşkil etmişdi. 2025-ci ildə yığımlar 3,50 mln manata qədər artaraq 151,5% yüksəlib, ödənişlər isə 388,3 min manata qədər azalıb ki, bu 55,5% geriləmə deməkdir.

Bitkilərin sığortası üzrə göstəricilər də artım nümayiş etdirib. 2024-cü ilin ilk səkkiz ayında bu növ üzrə haqlar 10,68 mln manat, ödənişlər isə 2,71 mln manat idi. 2025-ci ildə yığımlar 12,15 mln manata yüksələrək 13,8% artım göstərib, ödənişlər isə 4,60 mln manata qədər artaraq 70,1% çoxalıb.

Ümumilikdə, kənd təsərrüfatı üzrə könüllü sığorta bazarının (heyvanlar və bitkilər birlikdə) 2024-cü ildə yığım həcmi 12,07 mln manat, 2025-ci ildə isə 15,65 mln manat olub. Bu, illik müqayisədə 29,7% artım deməkdir. Ödənişlər isə 2024-cü ildə 3,58 mln manat olduğu halda, 2025-ci ildə 4,99 mln manata yüksəlib, yəni 39,5% artıb.

Zərərlilik əmsalı baxımından, 2024-cü ildə ödənişlərin yığımlara nisbəti 29,6% təşkil edib, 2025-ci ildə isə bu göstərici 31,9%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər