Könüllü fəaliyyəti haqqında

Başladığından bu yana heç də pozitiv hallarla qarşılaşmasaq da növbəti dövrün faydalı olacağına ümid etdiyimiz 2020-ci il ölkə başçısının sərəncamı ilə gənclərə diqqətin artırılması üçün könüllü ili olaraq müəyyən edildi.

Bu yazımızda da sırf bu istiqamətdə məlumat verməyə çalışacağıq.

Könüllü dedikdə öz iradəsinə və sərbəst seçiminə əsasən əvəzsiz ictimai faydalı fəaliyyəti (Eurovision 2012, I Avropa oyunları Baku 2015, IV İslam Oyunları 2017) həyata keçirən fiziki şəxslər başa düşülür.

Azərbaycan Respublikasında könüllülərin fəaliyyəti kifayət qədər diqqət mərkəzində olduğu üçün bu fəaliyyətlə bağlı qanunvericilikdə də tənzimlənmələr həyata keçirilmişdir. Qanunvericiliyə görə könüllü fəaliyyətini dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli-özünü idarə orqanları və qeyri-hökumət təşkilatları təşkil edə bilər.

Bu fəaliyyət həssas əhali qrupuna (əlilliyi olan şəxslər, aztəminatlı ailəkər, məcburi köçkünlər və digər), maarifləndirməyə, idman, ətraf mühit, sağlamlıq, mədəni sərvətlər və mədəniyyətə, fövqəladə halların aradan qaldırılmasına kömək və digər qadağan olmayan istiqamətlərdə həyata keçirilir. Könüllü şəxs öz iş yerində, işçi çatışmazlığının aradan qaldırılması üçün və kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətinə cəlb edilə bilməz. Bu fəaliyyət gəlirsiz olduğu üçün heç də çətin işlərin əvəzsiz icrasına imkan verilmir.

Könüllü fəaliyyəti üçün tərəflər arasında müqavilə bağlanmalı, yetkinlik yaşına çatmayanlar (18 yaşdan az olan) valideynləri və ya qanuni nümayəndələrinin razılığı ilə bu fəaliyyətə cəlb edilirlər.

Könüllülərin fəaliyyəti təlimatlandırılmalı, həyat və sağlamlıqları sığorta edilməli, təhlükəli sahələrdə könüllülük halında təhlükəsizlik təlimatlandırmaları olmalı və könüllülərə arayışlar verilməlidir. Həmçinin könüllülər daimi yaşadıqları yerdən uzaqda bu fəaliyyətə cəlb olunurlarsa, gündəlik xərcləri tələb edə bilər. Könüllü öz əmlakından bu fəaliyyəti həyata keçirmək üçün istifadə edirsə, istifadə üçün kompensasiya da tələb etmək hüququna malikdir.

Bununla yanaşı könüllülər də təhlükəsizlik və intizam qaydalarına riayət etmək, vurulan zərərə görə maddi məsuliyyət daşımaq, məlumatları konfidensial saxlamaq kimi öhdəliklərə malikdir.

Müəllif: Şəhriyar Həbilov


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları