2022-ci ildə könüllü həyat sığortası üzrə yığımlar 425 milyon 89 min manat təşkil edib. Bu göstərici 2021-ci ilə nisbətən 33% artıb. Ötən il sığorta ödənişlərinin həcmi isə 244 milyon 706.3 min manat olub ki, bu da illik müqayisədə 3.8% çoxdur.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
AMB-nin hesabatına əsasən, ötən il sığorta haqlarının 396 milyon 687.2 min manatı və ya 93.3%-i həyatın yaşam sığortasının payına düşüb. Sığorta ödənişlərinin də böyük bir hissəsi – 98.9%-i və ya 242 milyon 78.3 min manatı həyatın yaşam sığortasının payına düşüb.