16 C
Baku
Friday, November 22, 2024

Könüllü sığorta ilə icbari sığortanın fərqli cəhətləri hansılardır?

Bildiyiniz kimi özümüzü və yaxud hər hansı bir mülkiyyətimizi sığortalayaraq dəyəcək zərərlərin də xərclərindən özümüzü sığortalayırıq. Bunun üçün isə müxtəlif sığorta növlərinə müraciət edə bilərsiniz.

Lakin bu zaman 2 hal ola bilər

1. Özümüzü nəzərə alaraq öz mülkiyyətimizi sığortalayaraq dəyəcək risklərini azaltmaq. Bu tip sığorta könüllü sığorta adlanır.

2. Yetərincə maliyyyə təminatı olmayan, həmçinin maddi təminatı aşağı olan şəxslərin sığortalanması. Bu tip sığorta növlərində əhalinin maddi vəziyyəti uyğun olmadığından dövlət bəzi sahələrdə çalışan işçilərin şirkət tərəfindən sığortalanmasını tələb edir. Bu sığorta növü isə icbarı sığorta adlanır.

Risklərin azaldılması üçün bəzi şəxslərin sığortalanması Könüllü sığorta adlanır. Adından da göründüyü kimi bu sığorta növü könüllü şəkildə yəni sizin istəyinizdən asılı olaraq bağlanılan sığorta növüdür. Başqa sözlə desək, sığorta müqaviləsinin tərəflərinin iradə azadlığından asılı olaraq həyata keçirilən və əsas şərtlərinin sığorta müqaviləsində müəyyən edilməsini nəzərdə tutan sığorta növüdür.

Misal üçün əgər siz , öz mülki məsuliyyətinə görə əlavə 80.000 manat məbləğində sığorta təminatı alırsınız . Qanunvericiliyin tələbləri ilə məcburi olan mülki məsuliyyətin sığortalanmasından fərqli olaraq, məcburi olmayan və onun öz istəyi ilə həyata keçirilən 80.000 manat məbləğində mülki məsuliyyətin əlavə sığortalanması könüllü sığorta hesab edilir.

Bundan əlavə avtonəqliyyat vasitələrinin özünə zərər dəyməsi risklərindən sığorta da könüllü sığorta formasına aiddir. Yəni siz avtomobillərinizi də istəyinizdən asılı olaraq sığortalaya bilərsiniz.

Lakin icbari sığortanın şərtləri isə biraz fərqlidir. Bu sığorta növü – fiziki şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından sığortalayır.

Ümumiyyətlə bu sığorta növü əhəmiyyətli hesab edilən sahələrdə çalışan şəxslərə dəyəcək maddi və fiziki zərərlərlə bağlı risklərin azaldılması üçün nəzərdə tutulan sığorta növüdür. Təbii ki, bu sığorta ilə bağlı şərtlər də qanunvericilikdə müəyyən edilib.

Müəyyən sahələrdə mövcud olan riskləri sığortaya cəlb etməklə, həmin sahələrdə yürüdülən sosial siyasət məqsədlərini daha səmərəli şəkildə həyata keçirir.

Məsələn, əgər hər hansı bir istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilərin və onların ailə üzvlərinin üzləşdiyi maddi problemlərin daha səmərəli həlli üçün istehsalat qəzaları və peşə xəstəliklərinin insan sağlamlığı üçün gözlənilən fəsadlarının icbari qaydada sığorta etdirilməsini qanunun tələbi edir.

Bundan başqa, tez-tez baş verməsi baxımından ən riskli hesab edilən və bununla da bir gün ərzində bir şəhərdə onlarla insanın həyatı və əmlakı üçün risk mənbəyi olan avtonəqliyyat vasitələrindən istifadə nəticəsində başqa şəxslərə vurula biləcək zərərlərin sığortalanması demək olar ki, bütün dünyada məcburidir. Məcburiliyi, habelə, əsas şərtləri qanunvericilikdə nəzərdə tutulan sığorta növləri icbari sığortalar hesab edilir.

İcbari sığorta növünə daxildir:

  • Daşınmaz əmlakın icbari sığortası
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
  • Sərnişinlərin icbari fərdi qəza sığortası

Sonda onu da qeyd etmək lazımdır ki, icbari sığorta təbii ki, bəzi sahələrdə çalışan işçilər üçün vacibdir. Lakin hər zaman dövlətin sığortasına arxalanmağımız düzgün deyil. Buna görə də öz həyatımızın qeydinə özümüz almalıyıq. Bunun üçün isə könüllü sığorta növünə müraciət etməyimiz vacibdir.

Son xəbərlər
Digər xəbərlər