Son zamanlar sığorta bazarının inkişafı icbari sığorta növüylə əlaqədardır. Bildiyiniz kimi, bir neçə vaxtdır ki, avtomobil, daşınmaz əmlak üzrə, işçilərin peşə fəaliyyəti ilə bağlı olan icbari sığortada olan yığımlar ümumi sığorta bazarına müsbət təsir edir. Buradan da aydın görünür ki, ölkənin sığorta bazarında könüllü sığorta məhsulunun satışı çox azdır. Bu isə ölkə əhalisinin sığorta şirkətlərinə qarşı inamsızlığın formalaşmasına gətirib çxarır. Buna görə də Maliyyə Nazirliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və digər qurumlar sığorta mədəniyyətinin təbliğatı iıə məşğuldur. Məqsədimiz isə ölkə əhalisinin maarifləndirməsi və sosial reklamlar vasitəsilə onlarda sığorta bilikləriinin daha da inkişaf etdirilməsidir.
Hal-hazırda ölkənin sığorta bazarında ən böyük problemlərdən biri sığorta şirkətləri ilə yerli orqanlar arasında olan əməkdaşlıqdır. Yəni, hər hansı bir sığorta hadisəsi baş verən zaman, sığorta şirkətinin sığorta ödənişini etməsi üçün həmin hadisəni təsdiqləyən sənədlər olmalıdır. Və həmin sənədlərin yığılaraq gec təqdim olunması həmin qurumların qeyri normal işləməsi üzündən baş verir. Nəticədə vaxt uzanır, müştəri isə daha tez xidmət gözləyir. Və əlbəttə ki, müştəri yalnız sığorta şirkətini günahkar görür və hər zaman həmin sığorta şirkətinə qarşı tələb irəl sürür. Əlbəttə ki,bu da müştərilərlə sığorta şirkətləri arasında inamsızlığın yaranmasına səbəb olur. Və dərhal bu kimi şikayətlər həmin sığorta şirkətinin balansına yazılır. Avropada isə bu sistem saat dəqiqliyi kimi işləyir. Məsələn, İngiltərədə bu sahədə xüsusi bir sistem var. Bu sistemə əsasən hadisə baş verən zaman polisə getməyə belə ehtiyac qalmır. Yəni, hadisə yerinə dərhal polis əmamkdaşları gələrək həmin müştəriyə müəyyən kod təqdim edirlər. Daha sonra isə həmin kod müştəri tərəfindən sığorta şirkətinə təqdim edilir. Və sığorta şirkəti də öz növbəsində həmin kodu bazaya daxil edir və lazım olan bütün məlumatlar məlum olur. Dövlət orqanları ilə sığorta şirkətləri arasında elə bir sıx informasiya əlaqəsi var ki, belə bir əməkdaşlığın sayəsində müştəri vaxt itirmədən belə öz problemini həll edir. Və nəticə etibarilə müştəri problemini həll etmək üçün heç bir çirkin əməllərə əl atmaq məcburiyyətində qalmır. Bu isə bugünkü sığorta bazarının ən ciddi problemlərindən biridir.
Düşünürəm ki, bu sahədə daha da inkişaf etmək üçün mütləq şəkildə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır. Buna görə də, Azərbaycanda sığorta bazarında başqa bir sistem icad etməyə ehtiyac yoxdur. Hazırda olan sistemə bəzi əlavələr olunsa, fikrimcə inkişaf tempimiz daha sürətlə gedər. Nəticədə isə müştərilər məmnun qalar.
İnanırıq ki, tezliklə bu problemlər də öz həllini tapacaq. Ölkədə sığorta bazarının daha da inkişaf etdirilməsi üçün xarici ölkələrdən xüsusi sığorta mütəxəssisləri də dəvət olunub.