11 C
Baku
Monday, November 25, 2024

Könüllü tibbi sığorta bahalaşıb – VİDEO

Könüllü tibbi sığorta bahalaşıb. Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər. Banker.az saytı xəbər verir ki, “Xəzər Xəbər”in məlumatına görə, manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 % artıb. Bu da öz növbəsində sığorta qiymətlərinə təsir edir.

Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb.

Ona görə də hazırda bazarda tibbi sığorta 40-50 faizə qədər bahalaşıb.

Ekspertlər onu da vurğulayırlar ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar elətdirirlər.

Son xəbərlər
Digər xəbərlər