Koordinator (həkim) – Azərbaycan Sənaye Sığorta ASC

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Koordinator (həkim)

Namizədə aid tələblər:

• Tibb sahəsi üzrə ali təhsilli olmalı;
• İş təcrübəsi 1 il;
• Microsoft Office;
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür;
• Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
• Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
• Ünsiyyətçil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
• Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
• Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
• Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
• Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
• Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
• Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq;
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş saatları: növbəli 09:00-21:00/21:00-09:00 2 gün istirahət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Koordinator (həkim)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər