Köpük partladı? Bitcoin 7000 dollardan yuxarı göstəricidə qala bilmədi

Bir neçə saat əvvəl ilk kriptovalyutanın məzənnəsi 6600 dollardan aşağı düşüb, sonra isə qismən bərpa olunub. Mütəxəssislər hesab edir ki, yaxın zamanda sikkənin dəyəri 6000 dollara qədər düşə bilər.

Cümə axşamı, aprelin 5-də Bitcoin 6800 dollar göstəricisinə çatıb. Dünən 7000 dollar səviyyəsindən 6590 dollara düşdükdən sonra, sikkə bərpa olunur. CoinDesk-in analitikləri hesab edir ki, bu gün kriptovalyutanın qiyməti 6500 dollardan aşağı düşərsə, qısa müddət ərzində o 6000 dollara qədər də düşə bilər.

Ekspertlərin fikrincə, dünən bitcoin-in məzənnəsi vacib olan 7000 dollar səviyyəsindən yuxarıda qala bilmədi, ona görə də BTC-nin yaxın zamanlarda bahalaşması güman edilmir. Sikkə 6850 dollar göstəricisindən yuxarı satılmalıdır ki, onun dəyəri bahalaşmağa davam etsin.

Mütəxəssislər əlavə edib ki, kriptovalyutanın qiyməti düşməyə davam edərsə və o yenidən 6500 dollara qədər düşərsə, gələcəkdə məzənnə 5500 dollar göstəricisinə qədər düşə bilər. İlin əvvəlindən başlayaraq ilk kriptovalyuta iki dəfədən də çox ucuzlaşıb, lakin son üç ay ərzində onun dəyəri bir dəfə də olsun 6000 dollar göstəricisindən aşağı düşməyib.

Hazırda tanınmış rəqəmsal pulların əksəriyyəti ucuzlaşır, 24 saat ərzində bazarın ümumi kapitalizasiyası praktiki olaraq 20 milyard dollar aşağı düşüb. Daha çox Stellar və Cardano zərər çəkiblər, onların dəyəri son 24 saat ərzində 7% aşağı düşüb.