5 C
Baku
Saturday, December 14, 2024

Koreya Azərbaycan statistika sahəsinə 1,2 milyon manatlıq dəstək göstərib

Bu gün Bakıda “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Koreya Statistika Komitəsinin (KSK) sədri Şin Vuk Kanq Kang iştirak ediblər.

Bildirilib ki, 2018-2019-cu illərdə DSK və KSK arasında Azərbaycanın statistik potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Layihələr çərçivəsində Azərbaycanın dövlət qurumunun statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib. Komitədə 2 ədəd server avadanlıqları quraşdırılıb və “Azərbaycanın Statistik İnformasiya Xidməti-ASİ S ” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. KSK DSK-nın 34 əməkdaşına Koreyada, 50-dən çox əməkdaşına isə Azərbaycanda təlimlər keçib, ümumilikdə Azərbaycana 1,2 milyon manatlıq dəstək göstərilib.

Daha sonra konfransda “Statiska modernizasiyası – Koreya təcrübəsi”, “Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərin təşkili: həyata keçirilmiş islahatlar və çağırışlar” və digər mövzularda müzakirələr dinlənilib.

©Report

Son xəbərlər
Digər xəbərlər