Cənubi Koreya prezidenti Yun Suk-yeol martın 16-da Tokioya səfər edəcək.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, o, səfəri zamanı Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq.
Səfər iki gün davam edəcək. Bu, Cənubi Koreya liderinin son 12 ildə Yaponiyaya ilk səfəri olacaq.