6 C
Baku
Sunday, December 15, 2024

“Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır”

Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır. Bunu jurnalistlərə açıqlamasında Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Onun sözlərinə görə, bu, həmçinin ölkələr arasında dostluq əlaqələrinin inkişafına kömək edəcək.

“1997-ci ilin noyabrın əvvəlindən dekabrın axırlarınadək Koreyada olan iqtisadi problemlər səbəblərindən biz Beynəlxalq Valyuta Fondundan çoxlu sayda kredit cəlb etmişdik. Həmçinin, bildiyiniz kimi, Koreya çox güclü dövlətlərlə əhatə olunub. Biz həm də sürətli inkişafa nail olan bir ölkəyik. Sürətli inkişafa nail olduğumuz zaman bizdə də bu problemli kreditlər meydana gəldi və Koreya xüsusi şəkildə bu problemləri aradan qaldıraraq inkişafa nail oldu”, – deyə səfir qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər