19 C
Baku
Sunday, May 19, 2024

Koreya Respublikasının əhalisi son 72 ildə ilk dəfə azalmağa başlayıb

2021-ci ildə Koreya Respublikasında əhalinin sayı 1949-cu ildən bəri ilk dəfə azalmağa başlayıb.

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi öncəki illə müqayisədə 0.2 faiz azalıb.

2021-ci il noyabrın 1-nə olan məlumata görə, Koreya Respublikasında 51.74 milyon əhali yaşayır ki, bu da 2020-ci illə müqayisədə təxminən 91 min nəfər azdır. Ölkədə təkcə vətəndaşların deyil, əcnəbilərin də sayı azalır – müvafiq olaraq 0.1 faiz (45 min nəfər) və 2.7 faiz (46 min nəfər). 2021-ci ildə əcnəbilərin sayı 1.65 milyon nəfər olub ki, bu da ölkə əhalisinin ümumi sayının təxminən 3.2 faizini təşkil edir.

Cənubi Koreyada əhalinin sayı ölkədə doğulan və ölən insanlar barədə məlumata görə hesablanır. Statistikaya ölkədə üç aydan çox yaşayan xarici vətəndaşlar da daxil edilir. Hazırda Cənubi Koreyada doğum səviyyəsi aşağı düşür və əhali qocalır. İqtisadi artımın səngiməsi, mənzil qiymətlərinin yüksək olması və ailəyə münasibətin dəyişməsi səbəbindən bir çox gənc ailə həyatı qurmaq və uşaq sahibi olmaq istəmir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər