19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Koreya təşkilatı Azərbaycana 10 milyon dollar qrant ayırmaq istəyir

“Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOCIA) bu günə qədər Azərbaycana 60 milyon ABŞ dolları qrant ayırıb”.

Report agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KOCIA-nın Azərbaycan ofisinin rəhbəri Park Kumok deyib.

Onun sözlərinə görə, təşkilat ölkə ilə su resurslarının idarə edilməsi, ictimai idarəetmə, kənd yerlərinin inkişafı və informasiya-kommunikasiya texnologiyaları üzrə mütəmadi olaraq əməkdaşlıq edilir.

Koreya rəsmisi təşkilatın gələcəkdə Azərbaycana edəcəyi yatıramlar barədə də danışıb: “Bu il Azərbaycanla Koreya arasında Çərçivə Sazişi imzalanıb. Sazişin imzalanması ilə bir sıra sahələrdə qrant yardımı nəzərdə tutulur. Növbəti üç il ərzində yuxarıda qeyd edilmiş sahələrlə yanaşı kənd yerlərinin inkişafı və innovasiya sahəsində 10 milyon dollara yaxın qrantnın ayrılması nəzərdə tutulur”.

Son xəbərlər
Oxşar xəbərlər