8 C
Baku
Thursday, December 12, 2024

Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər

Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər.

“Vesti Finance”a istinadən xəbərə görə, “Lazarus” adlı xaker qrupu kriptobirjanın korporativ şəbəkəsinə “Celas Trade Pro” zərərverici tətbiq yükləyiblər.

Belə ki, xakerlər treyderlərə e-mail göndərərək həmin tətbiqi yükləməyi təklif ediblər. İstifadəçi tətbiqi yükləyəndən sonra kompüter “Fallchill” troyanı ilə yoluxub. Beləliklə, xakerlər treyderin məlumatlarını əldə edib, onun kriptovalyutalarını ələ keçirməyə nail olublar.

Qeyd edək ki, “Lazarus” xaker qrupu bundan öncə “Sony Pictures” serverlərinə hücum edib və Banqladeş Mərkəzi Bankından 81 mln. dollar pul oğurlayıblar.

©Report

Son xəbərlər
Digər xəbərlər