2024-cü ildə Azərbaycanın avtomobil parkında Şərqi Asiyadan gələn avtomobillərin sayı sürətlə artıb. Cənubi Koreya minik avtomobili markalarının sayı daha sürətlə artıb.
Banker.az xəbər verir ki, ötən il “Hyundai” avtomobillərinin sayı illik müqayisədə 16 758 ədəd və ya 13.3% artaraq ümumilikdə 142 814 ədədə yüksəlib. Say baxımından ən yüksək illik artım da “Hyundai”nin payına düşür. İkinci sırada olan “KIA”nın sayı illik müqayisədə 13 495 ədəd və ya 16% artaraq 97 753 ədəd olub. Ölkənin avtoparkında üçüncü ən çox artım Yaponiyanın “Toyota” brendinə məxsusdur. Yapon avtomobil markasının sayı keçən il ərzində 10 546 ədəd (10.1%) artaraq 115 151 ədəd olub.
Ölkədə son 4 ildə daha çox populyarlaşan Çin avtomobillərinin də sayı artmaqda davam edir. Çinin “Changan” avtomobillərinin sayı 4 086 ədəd və ya 84.0% yüksəlişlə 4 864 ədəddən 8 950 ədədə qalxıb.