4 C
Baku
Monday, January 13, 2025

Körfəz ölkələrindən Azərbaycana gələn turistlər keçən il 411 mln. manat xərcləyiblər

Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayı 2024-cü ildə xeyli yüksəlib və onlar 411 milyon manatlıq (241.8 mln. dollar) xərc çəkiblər.

Banker.az xəbər verir ki, ötən ilin on bir ayı ərzində ərəbdilli ölkələrdən ölkəmizə 201 min əcnəbi vətəndaş səfər edib və bunların da 195 min nəfəri turizm məqəsədi ilə səfər edənlər olub.

Turizm məqsədi ilə səfər edən Körfəz ölkələrinin vətəndaşları keçən ildə qeydə alınan 160 min nəfəri 22% üstələmiş olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

Əsas turistlər Səudiyyə Ərəbistanından gəlir. Bu müddət ərzində 91 min S.Ərəbistanı vətəndaşı Azərbaycana turizm məqsədi ilə gəlib.

Yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş Körfəz ölkələrinin vətəndaşları
Ölkələr 2024 2023 İllik müqayisə
Səudiyyə Ərəbistanı               73,508               91,364 24%
BƏƏ               33,075               36,650 11%
Küveyt               26,530               28,756 8%
Oman               15,602               22,833 46%
Bəhreyn                 5,009                 5,293 6%
Qətər                 3,011                 2,904 -4%
Yəmən                 2,274                 2,889 27%
İraq                     976                 4,368 348%
Cəmi             159,985             195,057 22%

 

Hesabat müddətində bu ölkələrdən gələn turistlər ölkədə 411 milyon manatlıq xərc çəkiblər ki, bunun da 184 milyon manatı S.Ərəbistanın payına düşüb.

Yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş Körfəz ölkələrinin vətəndaşlarının xərcləri üzrə bölgüsü, min manat
Ölkələr 2024-cü il 2023-cü il İllik müqayisə
Səudiyyə Ərəbistanı             168,124             184,376 10%
BƏƏ               78,909               91,366 16%
Küveyt               60,386               66,763 11%
Oman               30,492               43,617 43%
Bəhreyn               11,047               11,349 3%
Qətər                 7,003                 6,813 -3%
İraq                 1,508                 6,623 339%
Cəmi             357,468             410,906 15%

 

Son xəbərlər
Digər xəbərlər