2025-ci ildə Azərbaycan ilə Körfəz ölkələri- Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt arasında fiziki şəxslərin pul baratları üzrə əməliyyatlarda artım müşahidə olunub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ümumilikdə Körfəz regionundan Azərbaycanda fiziki şəxslərə pul köçürmələrinin həcmi 2024-cü ildəki 67.93 mln. dollarla müqayisədə 28.4% artaraq 87.23 mln. dollara yüksəlib.
Ayrı-ayrı ölkələr üzrə ən yüksək artım Birləşmiş Ərəb Əmirliklərindən qeydə alınıb. Bu ölkədən daxil olan pul baratları illik müqayisədə 31.68 mln. dollardan 42.13 mln. dollara yüksələrək 33% artıb.
Səudiyyə Ərəbistanından daxilolmalar 20.54 mln. dollardan 26.23 mln. dollara çataraq 27.7% artıb, Qətərdən köçürmələr isə 12.51 mln. dollardan 15.71 mln. dollara yüksələrək 25.5% artım göstərib. Küveytdən daxilolmalar demək olar sabit qalaraq 3.2 mln. dollardan 3.17 mln. dollara geriləyib (0.9% azalma).
Eyni zamanda, Azərbaycandan Körfəz ölkələrinə göndərilən vəsaitlərdə də artım müşahidə olunub. Birləşmiş Ərəb Əmirliklərinə köçürmələr 2024-cü ildə 14.42 mln. dollar olduğu halda 2025-ci ildə 20.74 mln. dollara yüksələrək 43.8% artıb.







