Əgər sizin gecikmələriniz üzrlü səbəblərdən baş veribsə (yəni, ağır xəstəlik, əməkhaqqını ala bilməmək),bu səbəbləri təstiqləyən sənədləri banka təqdim edə bilsəniz, bu da sizin üçün rol oynaya bilər.
Əgər gecikmələriniz yalnız son kreditlə bağlı olubsa, buna qədər isə siz nümunəvi borcalan kimi tanınmısınızsa, onda reputasiyanız daha yaxşı olduğu banka müraciət edə bilərsiniz,çünki digər bank sizi yaxşı müştəri kimi tanıyıb.
Hansısa bank sizə kredit verməkdən imtina etsə , onda başqa bir banka müraciət edin.
Dediyimiz kimi, hər bir bankın özünün qiymətləndirmə kriteriləri və “pis borcalan” haqqında təsəvvürləri vardır.
Bank sizə borc vəsaiti ödəməkdən imtina etməsə belə , təccüblənməyin ki, sizə verilən faizlər və sənədlərlə bağlı tələblər daha yüksək, kreditin məbləği isə minimaldır. Burada sizin üçün bir yaxşı məqam var. Siz hər dəfə ödənişi vaxtında etməklə, öz kredit tarixçənizi bir az yaxşılaşdırmış olacaqsınız.