23 C
Baku
Monday, September 16, 2024

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində istifadəyə veriləcək

Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək. 

Report agentliyi xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 

O bildirib ki, HUB-a daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcək.

“Metronun “Koroğlu” stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi nəzərdə tutulub”.

Son xəbərlər
Digər xəbərlər