9 C
Baku
Friday, December 13, 2024

“Koroğlu”dan hərəkət edən avtobusların istiqaməti COP29 zamanı digər metrolara yönəldiləcək

Metronun “Koroğlu” stansiyası ətrafından 30-dan çox marşrut xətti fəaliyyət göstərir. Konfrans günlərində bu metro stansiyası ətrafından – “Piramida” adlanan ərazidən cəmi 3 marşrut işləyəcək.

Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir.

“Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq. 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri və Suraxanı rayonu istiqamətində hərəkət edəcək. Metronun “Koroğlu” stansiyasına gələn marşrutların əksər hissəsi, təxminən 12 marşrut “Ulduz” stansiyası istiqamətinə, digər marşrutlar isə “Qara Qarayev” və digər metro stansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək. Ümumilikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq”, – deyə AYNA-nın sədri bildirib.

A.Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşların “Avtovağzal” metrostansiyası istiqamətinə yönəlmələri tövsiyə edilir: “Onlar metro ilə və metro stansiyanın qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut üzrə şəhərin müxtəlif yerlərinə gedə bilərlər”.

Son xəbərlər
Digər xəbərlər