Azərbaycanda dəmir nəqliyyatı şirkəti “Azərbaycan Dəmir Yolları” QSC pandemiyadan sonra sərnişindaşımadan gəlirləri kəskin düşüb.
Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.
ADY-nin sərnişindaşımalar üzrə gəliri 2020-ci ildə 4.25 mln. manat təşkil edib.
Bu da pre-pandemiyadakı (2019) gəlirdən 80% azdır.
Azərbaycanın dövlət şirkəti 2019-cu ildə sərnişin daşımadan 21.05 milyon manat həcmində gəlir əldə etmişdi.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə ölkə ərazisində sərnişin daşınması 2 milyon 124.6 min nəfər təşkil edib. Bu da illik müqayisədə 45% azalma deməkdir.