Çində yayılan koronavirusla mübarizə tədbirləri birinci rübdə iqtisadi göstəricilərə təsir göstərəcək.
Banker.az xəbər verir ki, bu haqda “South China Morning Post” yazır.
Qeyd edək ki, bu problemlə əlaqədar olaraq Çin hökuməti Yeni il tətilini daha üç gün uzadıb, ölkədə fəaliyyət göstərən bir çox böyük müəssisə isə işçilərinə evdən işləmək tapşırığını verib. Bu kimi tədbirlərin əsas məqsədi təhlükəli virusun yayılmasının qarşısını almaqdır.
Bundan əlavə olaraq, Uxan və daha 14 şəhərdə sərnişin daşımaları tamamilə dayandırılıb ki, bu da ÜDM-un düşməsinə gətirib çıxara bilər. Yeni ilin ilk günündə hava və dəniz daşımaların həcmi 40% azalıb, bu tendensiya davam etdiyi təqdirdə həftə ərzində hər iki sahə illik gəlirinin 6,4%-ni və ya 64 milyard yuan itirəcəkdir (9,2 milyard dollar).
ÇXR-in Maliyyə Nazirliyi və Milli Səhiyyə Komissiyası koronavirusla mübarizəyə 60,33 milyard (8,74 milyard dollar) vəsait ayırıblar.