“Coca Cola” koronavirusa görə satışlarının azaldığını açıqlayıb.
Banker.az xəbər verir ki, Coca Cola, aprel ayının əvvəlindən koronavirus səbəbiylə satışların 25% azaldığını açıqladı.
“Coca Cola” kinoteatrların, konsertlərin, restoranların, gecə klublarının və stadionların bağlanmasının koronavirus səbəbiylə işlərinə əhəmiyyətli təsir göstərdiyini izah etdi. Bununla yanaşı, o, evdə oturan istehlakçıların tələbinin “evdə qal” çağırışlarından sonra tədarük səbəbiylə qısa müddətə artdığını söylədi.