NASA Çində havanın təmizlənməsi ilə bağlı gözlənilməz kəşf edib.
“Deutsche Welle” xəbər verir ki, bunu kosmik agentliyin peykdən çəkilmiş şəkilləri təsdiq edib.
NASA-nın yaydığı şəkillərdə Çində azot dioksidlərinin səviyyəsinin aşağı düşməsi müşahidə edilib.
NASA-nın yaydığı məlumata görə, başlanğıcda hava Çinin Uhan şəhəri ətrafında təmizlənməyə başlayıb. Fevralın sonundan başlayaraq bu tendensiya bütün ölkə ərazisinə yayılıb.
Qeyd edək ki, azot dioksidləri avtonəqliyyat, elektrik stansiya və sənaye obyektləri tərəfindən ifraz edilir.
©Report