13 C
Baku
Friday, November 22, 2024

Koronavirus ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2023-cü ilin yanvar-iyun ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 1.3 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 161 min manata yaxın müddətli əlavə ödənilib

Tibb və qeyri-tibb işçilərinə cari ilin yanvar-iyun ayları üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

 

Capture 4

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may və iyun ayları üzrə müddətli əlavənin ödənilməsi davam edir. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2023-cü il tarixli 255 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il oktyabrın 2-dək uzadılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər