26 C
Baku
Saturday, July 27, 2024

Koronavirus pandemiyası 120 milyon insanın yoxsullaşmasına səbəb olub

Koronavirus pandemiyası 120 milyon insanın yoxsullaşmasına səbəb olub, daha 114 milyon işsiz qalıb.

Bu barədə BMT-nin 2021-ci il üçün davamlı inkişafın maliyyələşdirilməsinə dair hesabatında deyilir. Sənəddə analitiklər qlobal iqtisadiyyatın son 90 ildə ən pis tənəzzül yaşadığını söyləyiblər.

Xüsusilə, BMT dövlətlərə “peyvənd millətçiliyi”ndən imtina etmələrini və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında “ACT-Accelerator” ilə mübarizə layihəsinə töhfələrini artırmağı tövsiyə edib. Bu layihə çərçivəsində Covid-19 əleyhinə peyvəndlər yoxsul ölkələrə çatdırılır. Hal-hazırda bu planı həyata keçirmək üçün 20 milyard dollar çatışmır.

Bundan əlavə, BMT kasıb ölkələr üçün borc öhdəliklərinin asanlaşdırılmasına və onlara koronavirusla effektiv mübarizə apara və iqtisadi problemləri həll edə biləcəkləri yeni kreditlər verməyə çağırıb.

İnkişaf etməkdə olan ölkələrə kömək etməklə yanaşı, BMT dövlətlərə öz iqtisadiyyatlarına – məsələn, infrastrukturun inkişafına investisiya qoymağı tövsiyə edib. Təşkilatın qiymətləndirmələrinə görə, önümüzdəki iki ildə yatırılan 70-120 milyard dollar yeni pandemiya ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq.

Bununla birlikdə, analitiklər kasıb ölkələrin bu cür xərcləri ödəyə bilməyəcəyini vurğulayıblar. Buna görə BMT onlara sabit faiz dərəcələri ilə uzunmüddətli kreditlər (50 il və ya daha çox) verməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər